Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə Müdafiə Nazirliyi cavab verib. Modern.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən erməni nazirə cavab olaraq bildirilib:
“S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.
Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.
Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq”.