Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətini uzadıb.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan 186 şəxsə şamil olunur.
Sanksiyalar sentyabrın 15-dək qüvvədə qalacaq. Ümumi siyahıda 37 nəfər hüquqi şəxs hesab olunur. Sanksiyalara əsasən, siyahıdakı şəxslərin bank hesabları dondurulur, Aİ ərazisinə səfərlər isə qadağan olunur.
Sanksiyalardan başqa, Aİ Rusiyaya qarşı iqtisadi sanksiyalar barədə də qərar qəbul edib. Bu növ sanksiyalar isə 2016-cı il iyulun 31-dək qüvvədə olacaq.