procent_123

Dünya İqtisadi Forumu ölkələrinin rəqabətə davamlılıq dərəcəsini müəyyən edən illik reytinq cədvəlrini açıqlayıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 12 qrupda birləşdirilən 111 kriteriya üzrə (təhsil səviyyəsi, texnoloji inkişaf, infrastuktur) hazırlanan reytinqdə Azərbaycan ötən illə müqayisədə 2 pilləyə geriləyərək 40-cı pillədə qərarlaşıb. Buna baxmayaraq, 6 ballıq sistem üzrə 4,8 bal toplayan Azərbaycan Qafqaz və keçmiş postsovet ölkələri arasında rəqabətə davamlılıq baxımından ən yüksək nəticələrə malikdir

Rəqabətə davamlılıq reytinqində qonşu dövlətlərdən Gürcüstan 66-cı,Ermənistan 82-ci, Rusiya 45-ci, Türkiyə 51-ci, və İran 74-cü pillədə qərar tutub.

Modern.az ən rəqabətə davamlı 10 ölkəni təqdim edir.

İsveçrə – 5,8
Sinqapur – 5,7
ABŞ – 5,6
Almaniya – 5,5
Hollandiya – 5,5
Yaponiya – 5,5
Honqkonq – 5,5
Finlandiya – 5,5
İsveç – 5,4
Böyük Britaniya – 5,4