Məşhur aktyor Lorenso Lamas Hollivud gündəminə çevrilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb aktyorun gənc həyat yoldaşının onun doğma qızı üçün surroqat analıq etməsi olub. 57 yaşlı Lamasın 28 yaşlı xanımı Şeyn Kreyq ögey qızının oğlunu dünyaya gətirib. Uşağa Lion Lamas Riki adı verilib.
“Closer” jurnalının üz qabığına çıxan ailə bu hadisəni “möcüzə” adlandıraraq xoşbəxt olduqlarını deyib. Lorensonun qızı səhhətində problemlər yarandığına görə, ikinci dəfə ana ola bilməyib və bundan çıxış yolu kimi aktyor qızına öz xanımının onun üçün surroqat analıq etməsini məsləhət görüb.
Ulduzun qızı bu təklifi eşidəndə şoka düşdüyünü deyib: “Təəccüb içində idim. Amma atam fikrində qəti idi. Mən ömrüm boyu ona minnətdar olacağam”.