Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə onu başqa bir adamın bu vəzifədə əvəz edə biləcəyini istisna etməyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, 2019-cu ildə Kazanda nəzərdə tutulan peşələr üzrə işgüzar dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı Worldskills təşkilatının sədri ilə görüşündə bildirib: “Haqqında söhbət açdığımız tədbir 2019-cu ildə keçirilməlidir, Rusiyada prezident seçkiləri isə 2018-ci ildədir, ancaq mən əminəm ki, Rusiyanın dövlət başçısının kimliyindən asılı olmayaraq, o, məmnuniyyətlə həmin tədbirdə iştirak edəcək”.
Vladimir Putinin üçüncü prezidentlik müddəti 2018-ci ildə başa çatır. O, əvvəllər yeni seçkilərdə iştirakı ilə bağlı dəqiq cavab verməyib, ancaq bunun mümkünlüyünü də istisna etməyib. Bununla belə, Putin qeyd edib ki, dövlət başçısı postunda ömürlük qalmağa hazırlaşmır.