Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edib.
Modern.az saytı xəbər verir ki, tədbirdə çıxış edən komissiyanın sədr müavini Vəfadar Misirov qurumun fəaliyyət göstərdiyi dövrdə bütün müsabiqə və müsahibələr nəticəsində 4 min 786 nəfərin vakant dövlət qulluğu vəzifəsinə təyin olunduğuni diqqətə çatdırıb.
V.Misirov Azərbaycanda ən çox etik davranış qaydalarının pozulması hallarının aşkar olunduğu dövlət qurumlarının adları da açıqlanıb.
Dövlət qulluqçularına tətbiq edilən 253 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, etik davranış qaydalarının ən çix pozulduğu dövlət qurumları aşağıdakılardır:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (125 fakt);
Dövlət Sosial Müdafiə Fondu (32 fakt);
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (26 fakt);
Təhsil Nazirliyi (14 fakt);
Maliyyə Nazirliyi (13 fakt);
İqtisadiyyat və Sənaye Nazirliyi (13 fakt);
Energetika Nazirliyi (13 fakt);
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (4 fakt):
Dövlət Statistika Komitəsi (4 fakt);
Milli Televiziya və Radio Şurası (2 fakt);
Müəllif Hüquqları Agentliyi (2 fakt)
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.