Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Romi” motelində qətl hadisəsi baş verib.
Axar.az-a daxil olan məlumata görə, moteldə olan qadını öz əri qətlə yetirib.
Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı təsdiqləyiblər.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, qatil Zöhrab İsmayılovdur. O, arvadı Vəfanı qətlə yetirib.