Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanandan sonra 7 abituriyentin 700 bal topladığı məlum olub.
I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə – 700 bal toplayıb.
Modern.az saytı həmin abituriyentlərin adları və fotolarını təqdim edir:
Hacılı Məmməd İsmayıl oğlu: I ixtisas qrupu, Bakı şəhəri, Dədə Qorqud Özəl Türk Liseyinin məzunu;
Qurbanlı Könül Yusif qızı – I ixtisas qrupu, Bakı şəhəri, “Zəngi” liseyininin məzunu;
Məmmədzadə İlkin Rəfael oğlu – IV ixtisas qrupu, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu;
Qasımov Nicat Nazim oğlu – IV ixtisas qrupu, Ağsu rayonu, 1 saylı şəhər orta məktəbin məzunu;
İbrahimov Eltun Nazim oğlu – I ixtisas qrupu, Bakı şəhəri, Kimya-biologiya təmayüllü liseyin məzunu;
Nəbizadə Fatimeyizəhra Nemət qızı – I ixtisas qrupu, Bakı şəhəri, BDU-nun nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu.
Quluzadə Nurlan Fəzayil – I ixtisas qrupu, Bakı şəhəri, “Zəkalar” liseyinin məzunu.