Medianews.az
Yekaterinburq məhkəməsi Səfərov qardaşları ilə bağlı
570 baxış

Yekaterinburq məhkəməsi Səfərov qardaşları ilə bağlı QƏRAR VERDİ

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə adam öldürməyə cəhd və adam öldürmə ittihamı ilə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb.

Musavat.com xəbər verir ki, bu barədə URA.RU-ya Sverdlovsk vilayəti Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 29-dək uzadılıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda bir qrup Azərbaycan vətəndaşının kütləvi həbsi həyata keçirilib.

Bizə qoşulun