Medianews.az
"Real"ın yeni məşqçisinin adı
81 baxış

"Real"ın yeni məşqçisinin adı açıqlandı

Joze Mourinyonun yenidən “Real Madrid”ə qayıdacağı ilə bağlı iddialar gündəmi zəbt edib.

Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, tanınmış insayder Saşa Tavolyerinin yaydığı məlumata görə, Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin baş məşqçi postuna gətirilməsi məsələsində yekun qərarını verib. Bildirilir ki, tərəflər arasında aparılan danışıqlar uğurla nəticələnib və razılaşmanın bütün detalları həll olunub.

Mənbənin iddiasına əsasən, Joze Mourinyonun “Real Madrid”in yeni baş məşqçisi olması ilə bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Qeyd edək ki, təcrübəli çalışdırıcı daha əvvəl 2010-2013-cü illərdə də “kral klubu”nu çalışdırıb. Həmin dövrdə o, komanda ilə La Liqa çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanmağı bacarmışdı. Hazırda isə Mourinyo Lissabon təmsilçisi “Benfika”da fəaliyyət göstərir.

Bizə qoşulun