"Netflix" "La casa de papel" ("Kağız ev") franşizasının genişləndirildiyini elan edib.
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, striminq platforması kult kriminal serialın hekayəsinin davam edəcəyini təsdiqləyib. Lakin hələlik bunun orijinal serialın yeni mövsümü və ya davam filmi olub-olmadığı açıqlanmayıb.
Anons "Berlin" serialının ikinci mövsümünün premyerası ərəfəsində edilib. Yeni mövsüm mayın 15-də yayımlanacaq.
"Netflix" paylaşıma "Kağız ev"in dünyası davam edir" sözlərini qeyd olunub.