Medianews.az
Varlıların adamlardan niyə zəhlələri gedir?
62 baxış

Varlıların adamlardan niyə zəhlələri gedir?

“Time”nin “İlin adamı” seçiminə sözardı; Zaman keçdikcə insanları yönəltmək çətinləşir, Həmkarlar Təşkilatları tətillər, işçi üsyanları hazırlayırlar, “qul beyinli” süni intellektin isə belə istəyi yoxdur, olmayacaq da...

Ənənəvi olaraq dekabr ayında “Time”dərgisi “İlin adamı” nı elan edir, onların fotoşəkili üz qabığında verilir. Bu seçim üçün xüsusi meyarlar-filan yoxdur. İl ərzində cəmiyyətə müsbət və ya mənfi təsirindən asılı olmayaraq “İlin adam”ı kimi jurnalın ilk səhifəsinə düşə bilər. Uinston Çerçil iki dəfə (1940-1949-cu illərdə), Ayotalla Xomeyni İranda şah rejiminin devirdiyi il (1979-cu il) “İlin adamı” olub. İosif Stalin (1939, 1942), Nikita Xruşşov (1957), Yuri Andropov (1983-cü ildə Ronald Reyqanla birgə), Mixail Qorbaçov (1987, 1989) və Vladimir Putin də (2007) bu nominasiyaya adını yazdırıb. Ötən il isə nominasiyada qalib Tramp olub.

“Time”nin bu il “İlin adamı”nı kobud desək, ”adam olmayanı”- süni intellektin, daha konkret onların yaradıcılarının(arxitektorlar) seçilməsi dünyanın indiki nəbzinə də, gəldiyi nöqtəyə də tam uyğundur. 

imgonline-com-ua-2to1-oukikbqqzgv2x6-1 (1).jpg (203 KB)

“Time”nin ilk səhifəsində olan 8 nəfərdən şəxsən mən ikisinin adını eçitmişdim-İlon Mask və Mark Zukerberqi... Başqalartı da varmış və siyahı maraqlıdır. Bu adamlar ən tanınmış süni intellekt “arxitekturları” - yumşaq desək, yenilikçilərdir. “Time” 100 illik seçim tarixində üç dəfə bu cür “adam olmayanlar” seçimi edib ki, onlar da elm və texnikanın tərənnümü ilə bağlı olub. Jurnalın baş redaktoru seçim barədə danışarkən dediklərindən anlaşılan odur ki, 2025-ci il süni intellekt yaradıcılarının cəmiyyət üçün böyük nəticələr üçün yarışmağa başladığı il kimi tarixə düşüb. Qısa, amma maraqlı izahdır. Bu dünyada hər mənada yenilikçilərlə köhnə təfəkkür( gələnəkçilər) daşıyıcıları, imperialistlərlə kapitalistlər arasında amansız savaşın daha da qızışdığı bir zamanda “Time” öz seçimini edib. Həftəliyin xitab etdiyi auditoriya geniş deyil (həftədə təxminən 2 milyon nüsxə) amma, bu seçimlə onlar da bu savaşda öz düşərgələrni bəlli ediblər. Bu, il ərzində dünyanı nüvə təhlükəsi ilə təhdid edənlərdən, pulun gücünə arxalanaraq münaqişə ocaqlarına “odun daşıyanlardan”, sülhün rahatlığından deyil, tökülən qandan bəslənənlərdən kənar seçimdir. Kaş hər medianın belə kritik məsələlərdə seçimini etmək imkanı olaydı... 

Screenshot_4.png (454 KB)

Ağıllı adamlar onu da deyirlər ki, “Time” intellekt memarlarını önə çıxarmaqla, süni intellektin nəhayət “gələcəkdən” “indiki zamana” keçdiyinin siqnalını da veriblər. Bu da maraqlı qiymətləndirmədir.

Süni intellekt və onun içərisində insanın zehni əməyini asanlaşdıran məsələn, hamının dostuna çevrilmiş ChatGPT kimi alətlər(mən istifadə etməməyimlə fəxr etmirəm) gələcəkdə daha da təkmilləşəcək. Bizim uşaqlıq filmimiz “Sehirli xalat”da pionerlər əlini kitaba sürtəndə dərsin beyinə “köçməsi” arzusunu dilə gətirən balaca oğlan yadınızdamı? 

Screenshot_1.png (1.02 MB)

Süni intellekt yaradıcıları gələcəyi görən və ya gələcəkdən xəbər verən peyğəmbər deyillər. Pulları çox olan bu “çoxbilmişlər” əllərindəki vəsaiti insanın həyatının asanlaşdırmasına yönəldir, sərmayə qoyur və təbii ki, bu işdən ciddi paralar da qazanırlar, hələ çox qazanacaqlar da. Gələcəkdə nə kəşflər olacaq onu söyləmək çətindir, indidən bəzi sahələrdə işsizlik olacağı, süni intellektin insanları əvəz edəcəyi barədə qorxulu proqnozlar var.

Tramp hakimiyyətə gələn kimi Maska Ağ Evdə hökumət işi vermişdi. Ki, o, Amerika büdcəsini sümürən bürokratik aparatda “təmizləmə” aparsın. Yəni adamların ixtisarından qənaət edilən pulu “robotlara” yönəltsin, 100 adamın işini bir “ ağıılı adam” görsün. Maks işçinin və məmurun aləsinin büdcəsinə əl uzatmağa başladı, bir düymə ilə beynini “qul kimi” işə salan, 10 insanın əvəzinə məsələn, büdcə hesablamaları aparmaq bacarığı olan süni intellekti “işə düzəltmək” üçün qollarını çırmaladı. Məncə, Tramp tez ayıldı, Amerikada işsizlərin sosial gərgnliyi tətikləməsindən ehtiyat etdi və Maskı görəvdən uzaqlaşdırdı. 

Screenshot_2.png (841 KB)

Varlıların əlbəttə ki, adamlardan zəhlələri gedir, ona görə COVİD-in yayılmasını hələ də Bill Qeytsi ittiham edirlər. Zaman keçdikcə insanları yönəltmək çətinləşir, dünyadakı Həmkarlar Təşkilatları isə tətillər, işçi üsyanları hazırlayırlar. Süni intellektin isə belə istəyi yoxdur, olmayacaq da. Ona görə bu cür inkişafa arada fərqli prizmadan da baxmaqda fayda var.

Əlbəttə, süni intellektin, elm və texnikanın inkişafının gətrdiyi yeniliklərin qarşısında heç nə dayana bilməz. Hə, ola bilsin, bu proses müəyyən sahələrdə irəliləyiş olduğu kimi, bir sıra sahalər inkişafdan dayansın. İnsan övladı robartıarı sürətinə yetişə bilməz, amma...ona pislik edə bilər. Dünya ölkələrinin yeni trendi indi süni intellektdir, sanki bir yarış kimi...Hətta Pitin də müharibədən vaxt tapıb süni intellekti qarşısında “özü üçün oynatdı” da.

Nazim SABİROĞLU,
Musavat.com

Bizə qoşulun