Medianews.az
Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi -
61 baxış

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.

Əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.

Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizə qoşulun