Ölkədə sosial rifah və gəlirlər məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də yeni ilin yaxınlaşması fonunda vətəndaşları maraqlandıran əsas suallardan biri dövlət və özəl müəssisələrdə maaşların artırılıb-artırılmayacağı ilə bağlıdır. Maraqlıdır, gələn ildən dövlət və özəl müəssisələrdə maaşlar nə qədər artırılacaq?
Medianews.az xəbər verir ki,mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda nə dövlət, nə də özəl sektor üzrə maaş artımı ilə bağlı hər hansı rəsmi plan açıqlanıb.
Onun sözlərinə görə, özəl sektorda əmək haqları bazar şərtləri və müəssisələrin maliyyə imkanları əsasında müəyyən olunur və dövlət bu sahəyə birbaşa müdaxilə edə bilməz.
“Dövlət özəl sektora maaşların nə qədər artırılacağını diktə etmək səlahiyyətinə malik deyil”, – iqtisadçı vurğulayıb.