Medianews.az
"Qoç Ət”in dönərindən tük çıxdı -
81 baxış

"Qoç Ət”in dönərindən tük çıxdı - QALMAQAL

“Keçən həftənin beşinci günü ailəmlə Nərimanov metrosu yaxınlığında yerləşən Qoç Ət restoranına getmişdik. Açığı, həmişə oranın ətinin tərifini eşitdiyimdən, dedim bir dəfəlik dietanın başını buraxım və dönər növlərindən birini yeyim. Təəssüf ki, yeməyin içindən təxminən 20 sm-lik saç teli çıxdığı üçün yeməyi yarıda saxlayıb hesabı istədik. Dönər növlərindən başqa bütün əvvəlki sifarişlərin haqqını ödəyib məkanı tərk etdik”.

“Yeni Sabah” xəbər verir ki, bunu PR mütəxəssisi Azər Nəzərov deyib. O, bildirib ki, gözləntsi bu idi ki, Qoç Ət kimi samballı bir brend — hansı ki, öz əti ilə ön plana çıxmaqla yanaşı, hətta Ramazan ayında yalnız iftardan sahura qədər fəaliyyət göstərir — satışdan həmin dönəri anında yığışdıracaq:

“Amma yanılmışam. Çünki çıxanda gördük bu neqativ hal Qoç Ət komandasının heç vecinə də deyil. Dönərçi dönər şişində fırlanan eyni ətlə, heç nə olmamış kimi işinə davam edirdi. Bu isə o deməkdir ki, növbəti müştərilərin qarşısına təxminən 20 sm uzunluğunda saç teli çıxmasa da, eyni ət onlara servis olunmağa davam edəcək.

İndi isə məni düşündürən sual: sizcə hansı daha vacibdir — pul qazanmaq ya etika?

Yoxsa mənmi həddindən artıq həssas yanaşıram? Restoranda yeməkdən 20 sm-lik saç telinin çıxması əslində problemli bir şey deyil və yeməyə davam etmək lazımdır Və Eyni qazandan və ya eyni ətdən başqalarına satış etmək normaldır?”

Bizə qoşulun