Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Medianews.az xəbər verir ki,müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı “Hüquqşünaslıq” və ya “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.
Tədris azərbaycan dilindədir, müddəti 4 ildir.
Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.