Medianews.az
Sumqayıtda mənzillər 50 faizə yaxın BAHALAŞDI -
75 baxış

Sumqayıtda mənzillər 50 faizə yaxın BAHALAŞDI - SƏBƏB

Sumqayıtda mənzillərin qiyməti kəskin bahalaşıb.

Medianews.az xəbər verir ki, şəhər sakinləri xüsusilə köhnə tikililərdə ikiotaqlı mənzillərin qiymətlərinin 80-90 min manata çatmasından şikayətlənirlər.

“Sumqayıt hara, 2 otaqlı mənzilin 85-90 min manata olması hara?! Yeni tikililərin qiymətindən isə ümumiyyətlə, danışmaq olmur. Orta aylıq əməkhaqqının 400-500 manat olduğu Sumqayıtda bu qiymətlər əksəriyyət üçün əlçatan deyil”, - deyə vətəndaşlara biri sosial şəbəkədə bildirib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlakın bahalaşması təkcə Sumqayıtla məhdudlaşmır:

“Bakı da daxil olmaqla, ölkə üzrə daşınmaz əmlak bahalaşıb. Sumqayıt da Bakıya yaxın olduğu üçün bəzi müştərilər artıq Bakıda ev ala bilmədiyinə görə Sumqayıta üz tuturlar”.

Ekspertin sözlərinə görə, son illər Sumqayıtda infrastrukturun yaxşılaşdırılması və əhali sayının artması da qiymətlərə təsir göstərib:

“Bu baxımdan Sumqayıt şəhərində də alıcılıq qabiliyyəti son illərdə yüksəlib. Bu kimi artımda qeyri-adi bir şey yoxdur. Bakının özündə də son 5 il ərzində qiymətlər 65-70 faiz bahalaşıb. Bu tendensiya Sumqayıta da təsir edir. Düzdür, Sumqayıtda 70 faiz olmasa da, ən azı 50 faizə yaxın bahalaşma var”.

Bizə qoşulun