Medianews.az
Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib
75 baxış

Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib

Misirə məxsus “CASA C295” tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycana uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, uçuş Qahirə-Bakı marşrutu üzrə 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirilib. Həmin gün təyyarə yenidən Ermənistanın hava məkanından istifadə etməklə Misirə geri qayıdıb.

Ermənistan Xarici İşlər Nazirliyi bu uçuşun özəl səfər olduğunu açıqlayıb.

“Ermənistanın hava məkanından istifadə etməklə Qahirə-Bakı reysini yerinə yetirən reys sərnişin təyyarəsi olub və Azərbaycana özəl qaydada yüksəkvəzifəli şəxsi çatdırıb”, - nazirliyin məlumatında deyilir./Qafqazinfo.az/

Bizə qoşulun