Medianews.az
İşləyənlərin maaşından bu qədər vəsait
185 baxış

İşləyənlərin maaşından bu qədər vəsait tutulacaq

İşə gecikməyə görə işçinin maaşından vəsait tutulmasının qanunvericiliyə uyğun olub-olmaması məsələsi tez-tez müzakirə edilir. Maraqlıdır, işə gecikməyə görə işçinin maaşından tutula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin işə gecikməsi halında ilk növbədə ona xəbərdarlıq edilməlidir. Onun sözlərinə görə, növbəti mərhələdə işçiyə töhmət verilə bilər.

Hüquqşünas qeyd edib ki, işçiyə gecikməyə görə hər hansı cərimənin tətbiq edilməsi və ya maaşından tutulma yalnız müəyyən şərtlər daxilində mümkündür:

“Əgər işçiyə gecikməyə görə cərimə verilməsi və ya hər hansı formada cərimə ödənişinin tələb olunması müəssisə rəhbərliyi ilə həmkarlar ittifaqı arasında bağlanmış kollektiv sazişdə öz əksini tapıbsa, bu halda cərimənin tətbiqi mümkündür”.

Ramil Süleymanov vurğulayıb ki, belə bir kollektiv saziş mövcud olmadığı təqdirdə işçiyə cərimə yazılması qanunsuzdur:

“Bu məsələ ilə bağlı yalnız daxili əmr verilməsi əsassız hesab olunur və hüquqi qüvvəyə malik deyil”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən işçilərin əmək hüquqları qorunur və işəgötürənlər yalnız qanunla müəyyən edilmiş qaydalar çərçivəsində intizam tənbehi tədbirləri görə bilərlər.

Bizə qoşulun