Medianews.az
Hazırda Bakıdayam -
121 baxış

Hazırda Bakıdayam - İranda saxlanılan xanəndə danışdı

İrandan Bakıya gələrkən hava limanında saxlanılan xanəndə Qəzənfər Abbasov açıqlama verib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Qəzənfər Abbasov, on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:

“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.

Bizə qoşulun