Medianews.az
FIBA Çempionlar Liqası:
951 baxış

FIBA Çempionlar Liqası: "Sabah" növbəti matçına çıxacaq

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.

Bizə qoşulun