Medianews.az
Buna diqqət edin -
50 baxış

Buna diqqət edin - Yuxusuzluğa səbəb ola bilər

“Hündür, sərt yastıq yuxusuzluğa səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu yuxu mütəxəssisi Vendi Troksell deyib.

Troxelin qeyd etdiyi kimi, düzgün yastıq yuxusuzluğu aradan qaldırmağa kömək edə bilər. Əgər yastıq çox hündür və ya sərtdirsə, boyun həddindən artıq irəli əyilməyə məcbur olur. Əgər yastıq çox aşağı və yumşaqdırsa, boyun geriyə və ya yan tərəfə əyilir.

Onun sözlərinə görə, bu pozalardan hər hansı biri əzələ gərginliyinə, hava yollarının tıxanmasına və gecə tez-tez oyanmalara səbəb olur. Lakin, Troxel əlavə edib ki, boyunu neytral vəziyyətdə saxlayan yastıq rahatlamağa, toxumaların bərpasına və bədənin bir yuxu mərhələsindən digərinə rahat keçməsinə kömək edir.

Medianews.az

Bizə qoşulun