Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib.
Məlumatı "Globo" nəşri yayıb.
Təklifin formatı dəyişməyib (satın almaq hüququ ilə icarə), lakin bu dəfə Rio-de-Janeyro klubu qısamüddətli perspektivdə Avropa komandasına ödəməyə hazır olduğu məbləği artırıb.
Məlumatda qeyd edilib ki, Bikalyonun komandaya cəlb olunması "Botafoqo"nun transfer pəncərəsindəki prioritetlərindən biridir. Klub P.Bikalyo ilə yanaşı, "Ferentsvaroş"dan (Macarıstan) "Qarabağ"ın keçmiş oyunçusu Xulio Romaonun da transferinə çalışır. (Oxu.Az)