Medianews.az
Bakı məhbusu Sujyan ölkəsində "şirə döndü":
64 baxış

Bakı məhbusu Sujyan ölkəsində "şirə döndü": And içirəm ki...

Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib.

Medianews.az  musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb:

“Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”.

Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini yenidən gündəmə gətirib.

Sujyan və onunla birlikdə olan şəxslər 44 günlük müharibə başa çatdıqdan sonra — 10 noyabr 2020-ci ildə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olarkən saxlanılıblar. Onlar Laçın–Kəlbəcər istiqamətində tutulub və silahlı terror-diversiya qrupu kimi zərərsizləşdiriliblər. Saxlanılma zamanı üzərlərində avtomat silahlar, patronlar və əl qumbaraları aşkar edilib, qrupun hərbi geyimdə və koordinasiyalı şəkildə hərəkət etdiyi müəyyənləşdirilib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David və Euljekyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bizə qoşulun