Medianews.az
Yeni ildə Şaxta baba QİYMƏTLƏRİ -
141 baxış

Yeni ildə Şaxta baba QİYMƏTLƏRİ - 1 saatı 300 manat

Şaxta baba Yeni İlin əsas simvoludur. Mifiklərə əsasən, o, ağ saçlı, yaşlı, uşaqları sevən, onlara hədiyyə gətirən biri kimi təsəvvür edilir. Ölkəmizdə isə şaxta baba reallıqdan uzaqdır. Təxminən 30-35 yaşda qırmızı xalat geyinib İcra Hakimiyyətindən lisenziya alan şəxslər bu personaja çevrilə bilər. 

Bəs bu şaxta babanın qiyməti neçiyədir? 

Milli.Az xəbər verir ki, bu personajı artıq şirkətlər təşkil edir. 

Şirkətlərlə danışıb 31 dekabr üçün şaxta babanın qiymətini öyrənməyə çalışdıq:

"15 dəqiqəsi 50 manat, 1 saatı isə 150-300 manatdır. Bəzi şirkətlərdə isə qiymət daha bahadır. Qiymətlər şaxta babanın gedəcəyi yerdən, hansı saat aralığı olmasından asılı olaraq dəyişir".

Bir sözlə, bayramı şaxta baba ilə keçirmək istəyən şəxslərin gərək əli cibində olsun. 

Bizə qoşulun