Meyxanaçı Ağakərim (Kərim Novruzov) ötən gün günorta saatlarında vəfat edib.
Milli.Az xəbər verir ki, meyxanaçı Ağamirzə Məmmədov sənət dostunun vəfatı ilə bağlı məlumat verib. Onun sözlərinə görə, həmkarı ilə mütəmadi əlaqə saxlanılıb və ailə üzvləri ilə daim telefon danışıqları aparılıb.
.png)
"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. Təxminən 10-20 gündən bir onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu və ya bacısı oğlanları ilə telefonla danışırdıq".
Ağamirzə Məmmədov bildirib ki, Ağakərimin səhhəti son günlərdə daha da pisləşib:
"Ötən gecə vəziyyəti ağırlaşıb və təcili yardım çağırılıb. Bu gün də yenidən təcili yardım çağırıldı. Təxminən saat 16:00 radələrində dünyasını dəyişdi. Heç kimin əlindən bir şey gəlmirdi".
O, həmçinin qeyd edib ki, Ağakərim son 5 il ərzində danışma qabiliyyətini itirmişdi:
"Sonuncu dəfə onunla təxminən 5 il əvvəl danışmışıq. Ondan sonra danışa bilmirdi".