Tükiyədə təmizlik işçiləri tərəfindən zibil yanında yanıq və kəsik izləri olan körpə meyiti tapılıb.
Medianews.az “Haber7”-ə istinadən xəbər ki, hadisə İstanbulun Beşiktaş rayonunda baş verib.
Yeni doğulmuş körpənin anası Elif A. (39) polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.
İlkin araşdırmalara görə, Elif A. ifadəsində hamiləliyini gec fərq etdiyini, abort etdirə bilmədiyi üçün evinin qazanxanasında təkbaşına doğum etdiyini, daha sonra körpənin göbək bağını qayçı ilə kəsib, onu zibil torbasında konteynerin yanına atdığını bildirib.
May ayında rəsmi şəkildə ərindən boşanan və üç uşağı olan qadın, ölmüş körpənin dini nikahla birlikdə yaşadığı şəxsdən olduğunu deyib.
Şübhəlinin körpəni zibilin kənarına qoyduqdan sonra alış-verişə getdiyi, yenidən hadisə yerindən keçərək evinə qayıtdığı müəyyən edilib.
Məhkəmə Elif A.-nın “canavarcasına hisslə, alt soya qarşı özünü müdafiə edə bilməyən şəxsə qarşı qəsdən adam öldürmə” maddəsi ilə həbsinə qərar verib.
Medianews.az

