Medianews.az
Ürəyi 45 dəqiqə dayanan qadın niyə
62 baxış

Ürəyi 45 dəqiqə dayanan qadın niyə beyin ölümü keçirməyib? - RƏSMİ CAVAB

Bir neçə gün əvvəl Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qaytarılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qeyd olunub ki, bu kimi hallarda 5-ci dəqiqdən sonra beyin ölümü gerçəkləşməyə başlayır. Sosial şəbəkə istifadəçiləri beyin ölümünün həyata keçməməsini möcüzə adlandırıblar.

Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, xəstə üzərində 45 dəqiqə ərzində bütün reanimasiya tədbirləri aparılıb.

"Yardımlar vaxtında olduğu üçün xəstədə qeyri-dönməz hallar baş verməyib. Beyin ölümü olması üçün həmin orqanın qan dövranı və oksigenizasiyası pozulmalıdır. Xəstəyə süni tənəffüs aparatı, qapalı masaj fonunda inotrop dəstəyi olduğu üçün beyin ölümü baş verməyib", - deyə xəstəxanadan bildiriblər.

Bizə qoşulun