Medianews.az
Şəkidə qonşular arasında qan su yerinə axdı -
70 baxış

Şəkidə qonşular arasında qan su yerinə axdı - İş məhkəmədə yekunlaşdı

Şəkidə qonşular arasında su üstündə mübahisə məhkəmədə yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.

Belə ki, Almaz (adlar şərtidir) digər 26 qonşu ilə birlikdə öz hesablarına su borusunu bərpa edərək özlərinə su xətti çəkiblər. Qonşular, eyni zamanda, yeni çəkilən xətdən öz həyətlərinə də su çəkilməsini təmin ediblər. Bu zaman bərpa üçün ödəniş etməyən Almaza xətdən evinə su daşımağa icazə versələr də, öz həyətinə su çəkməsinə icazə verməyiblər.

Bu zaman Almaz və digər qonşular arasında mübahisə yaşanıb. Mübahisə zamanı Nəsibə və Almaz adlı qonşular arasında dava baş verib. Dava zamanı Nəsibə Almazın sifətinə və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Şəki Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək min manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bizə qoşulun