Medianews.az
Təqaüdlər artdı -
1,206 baxış

Təqaüdlər artdı - Daha hansı qərarlar ola bilər?

Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı sərəncam bu gündən qüvvəyə minib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib ki, bu sənədlə təqaüdlərin artırılması 2025-ci ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir: “Yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da da daxil olmaqla, təhsilin fərqli pillərində təhsil alan vətəndaşlarımızın təqaüdləri artırıldı. 450 manatadək yüksələn artımlar Azərbaycannda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir”.

V.Bayramov qeyd edib ki, 3 milyon vətəndaşımızı əhatə edən bu ilki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq: “Bütövlükdə dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq. Aydındır ki, təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır.

Sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılmasını məqsədəuyğun hesab edirik. Bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir.

Bütövlükdə, sosial təminat tədbirlərin miqyasını nəzərə aldıqda sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun