Rusiya qoşunları Pokrovsk–Mirnoqrad istiqamətində operativ-taktiki ehtiyatları döyüşə cəlb etməyə çalışır. Söhbət düşmənin dəniz piyadaları və hava-desant qoşunlarının bölmələrindən gedir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Könüllülər Ordusunun nümayəndəsi Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, bu ehtiyatlar düşmənin cəbhədə irəliləmək üçün ümid bəslədiyi “yanğınsöndürən dəstələr” rolunu oynayır:
“Bu gün düşmən Pokrovskun şimal rayonlarına hücum etməyə, həmçinin logistik vəziyyətin ən çətin olduğu Mirnoqrad şəhərinə fəal şəkildə hücum etməyə çalışır. Orada qoşunlarımız üçün lazım olan təminat ağır dronlar və yerüstü robotlaşdırılmış komplekslər vasitəsilə həyata keçirilir”.