Medianews.az
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA:
65 baxış

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində...”

“Məni bu fikirləri səsləndirməyə vadar edən Ramiz Mehdiyevdən sonra Abbas Abbasovun da bu xəyanət çetəsində adının hallanmasıdır. Nə qədər yaramaz və şərəfsiz olasan ki, dövlətin, hökumətin ən yuxarı eşalonunda vəzifəyə sahib olasan, uzun illər öz şəxsi mənafeyini millətin və dövlətin mənafeyindən üstün tutasan, eyş - işrət içərisində özün və yaxın ətrafın yaşaya, sonra da səni bu yüksəkliyə qaldıran Liderə qarşı xəyanət edəsən. Buna nə ad verim, düzü, bilmirəm”.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili Musa Musayev çıxış edib.

Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində bu şəxslərin Heydər Əliyevin yolunda heç bir xidmətləri olmayıb:

“Buna baxmayaraq Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə Ramiz Mehdiyevə və Abbas Abbasova etimad göstərib. Ramiz Prezident Aparatında ikinci adam olub, Abbas Abbasov da Nazirlər Kabinetində.

Görünən odur ki, bunlar vəzifədə olduqları dövrdən iştahalarından birinci olmaq keçib. O vaxt özlərində güc tapa bilmədikləri üçün bu qoca-kaftar vaxtlarında naftalin iyi verən müxalifətlə cütləşib dövlət çevrilişi iştahasına düşüblər. Ay bədbəxtlər, siz kimə və nəyə güvənmisiniz? Əliyə, Cəmilə, Gültəkinə?!

Siz hələ qanmamısınız ki, dünya siyasətinin fenomen şəxsiyyəti olan, 44 gün ərzində 30 illik həsrətə son qoyan, 23 saat ərzində Azərbaycanın Suverenliyini bərpa edən İlham Heydəroğlu ilə qarşı-qarşıya gəlmək olmaz?! Cənab Prezidentimizin arxasında on milyonlarla insan durub, bəs sizin arxanızda kim durub. Bir sözlə, Ulu Öndərimizin verdiyi çörək sizin burnunuzdan gəlsin!

Barmaqlıqlar arxasında yatan qohumlarınız erməni daşnakları ilə sizin fərqiniz yoxdur. Bunun bir adı var: Nankorluq, şərəfsizlik, qudurğanlıq və xəyanət! Cinayət cəzasız qalmamalıdır!”

Bizə qoşulun