Medianews.az
Neftimiz neçəyədir?
1,564 baxış

Neftimiz neçəyədir?

Sentyabrın 24-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 71,22 dollara satılır. Bu, büdcə qiymətindən 1,22 dollar yuxarı göstəricidir.

2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

2026-cı ilin dövlət büdcəsində xam neftin bir barrelinin orta illik satış qiymətini 65 dollar götürmək nəzərdə tutulur.

Medianews.az

Bizə qoşulun