Medianews.az
Mübahisə edən sürücülər yolun ortasında dəhşət saçdı -
98 baxış

Mübahisə edən sürücülər yolun ortasında dəhşət saçdı - ANBAAN VİDEO

Adananın Yüreğir rayonunda sürücülər arasında yol vermə üstündə yaranan mübahisə davaya çevrilib.

Medianews.az xəbər verir ki, hadisə Əsri Qəbiristanlığı yaxınlığındakı svetoforda baş verib və mobil telefon kamerasına çəkilib.

İlkin məlumata görə, iki sürücü arasında yol vermə məsələsi ilə bağlı sözlü mübahisə yaranıb. Qısa müddət sonra tərəflər bir-birinə fiziki hücum ediblər.

Hadisə zamanı yol kənarında olan yaşlı bir qadının sürücülərə tərəf qaçaraq onları sakitləşdirməyə çalışması diqqət çəkib.

Dava ətrafdakıların müdaxiləsi ilə dayandırılıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun