Medianews.az
Moldovada yeni hökumət fəaliyyətə başladı
457 baxış

Moldovada yeni hökumət fəaliyyətə başladı

Moldovada yeni hökumət fəaliyyətə başlayıb.

Medianews.az-ın məlumatına görə, kabinetin rəsmiləşməsi prezident Mayya Sandunun təyinat fərmanı ilə başa çatıb. Aleksandru Muntyanunun baş nazirlik etdiyi hökumətdə baş nazirin beş müavini (onların 3-ü həm də nazirdir), 11 nazir var.

Hökuməti parlamentdə mandatların yarıdan çoxuna sahib olan siyasi qüvvə qurur. Sentyabrın 28-də seçilmiş yeni parlamentdə prezidentə bağlı Hərəkət və Həmrəylik Partiyası 101 mandatın 55-nə sahibdir. Oktyabrın 24-də Mayya Sandu Aleksandru Muntyanunu baş nazir vəzifəsinə namizəd göstərib, parlament oktyabrın 31-də hökumətin tərkibini təsdiqləyib və onun proqramına xeyir-dua verib.

Hərəkət və Həmrəylik Partiyası 2021-ci ildən hakim partiyadır. Qurumun lideri İqor Qrosu parlament sədridir.

2023-cü il fevralın 16-dan Dorin Reçan baş nazir idi.

Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun