Medianews.az
Məşhur aktrisa Eylül Tumbar Balıkesirdəki
213 baxış

Məşhur aktrisa Eylül Tumbar Balıkesirdəki zəlzələdə əmisini itirdi - FOTO

Balıkesirin Sındırgı rayonunda baş verən 6.1 bal gücündə zəlzələ bölgədə ciddi dağıntılara səbəb olub və bir sıra şəhərlərdə hiss edilib.

Medianews.az yerli mediaya istinadən xəbər ki, zəlzələdən sonra ard-arda afterşoklar qeydə alınıb.

Məşhur aktrisa Eylül Tumbar, zəlzələdən sonra dağıntılar altında qalan qohumları üçün sosial şəbəkədə yardım çağırışı edib. Təəssüf ki, daha sonra əmisi Nihat Önbaşın (81) həyatını itirdiyini öyrənib.

Üçmərtəbəli binanın dağıntıları altından çıxarılan və xəstəxanada vəfat edən Nihat Önbaşın TEKEL müəssisəsindən təqaüdə çıxmış işçi olduğu bildirilib. Onun həyat yoldaşı Hamdide Önbaşın isə qolunun qırıldığı açıqlanıb.

Medianews.az

Bizə qoşulun