Medianews.az
Kürəkənini güllələyərək
520 baxış

Kürəkənini güllələyərək öldürdü - FOTO

Türkiyədə 59 yaşlı Yılmaz Atak, boşanma ərəfəsində olan kürəkəni Uğur Denizi (37) 9 güllə ilə vuraraq öldürüb.

Medianews.az yerli mediaya istinadən xəbər ki, hadisə Aksarayın Böyük Bölcək məhəlləsində axşam saatlarında baş verib.

İki ildir ayrı yaşayan Uğur Deniz, barışmaq üçün həyat yoldaşının atasının evinə gedib. Söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və Atak silaha əl ataraq kürəkənini güllələyib.

Hadisə yerinə gələn polis Yılmaz Atakı saxlayıb. Təcili tibbi yardım isə Uğur Denizin artıq həyatını itirdiyini təsdiqləyib.

 Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun