Medianews.az
Kəskin ucuzlaşma: Azərbaycan nefti nəzərdə tutulandan nə qədər aşağı qiymətə satılır?
1,037 baxış

Kəskin ucuzlaşma: Azərbaycan nefti nəzərdə tutulandan nə qədər aşağı qiymətə satılır?

Oktyabrın 21-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 61,83 dollara satılır.

Medianews.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 8,17 dollar aşağı qiymətdir.

2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86 dollarla başlayıb.

Beynəlxalq razılaşmaya görə, Azərbaycanda xam neftin gündəlik hasilatı 551 min barreli ötə bilməz.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun