Medianews.az
İran səfirinə bir həftə vaxt verildi
1,769 baxış

İran səfirinə bir həftə vaxt verildi

Avstraliya İranı Sidney və Melburnda iki antisemit yanğın törətməkdə ittiham edib və İran İslam Respublikasının səfirinə ölkəni tərk etməsi üçün yeddi gün vaxt verib.

Medianews.az-ın məlumatına görə, Avstraliyanın baş naziri Entoni Albanese deyib ki, Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti İranın ən azı iki hücumu təşkil etdiyinə dair etibarlı kəşfiyyat bilgisi toplayıb.

“Bunlar Avstraliya torpağında xarici dövlət tərəfindən təşkil olunmuş misilsiz və təhlükəli aqressiya aktlarıdır” - deyə Albanese mətbuat konfransında bəyan edib.

O bildirib: “Bu, sosial birliyi sarsıtmaq və cəmiyyətimizdə nifaq toxumu səpmək cəhdləridir”.

Albanesenin sözlərinə görə, İran keçən il Sidneydəki kaşer restorana və Melburndakı “Adas İsrail” sinaqoquna hücumlarda öz iştirakını gizlətməyə çalışıb.

Baş nazir əlavə edib ki, Avstraliya Tehran şəhərindəki səfirliyinin fəaliyyətini dayandırıb, bütün diplomatları isə üçüncü bir ölkədə təhlükəsizdir. O, həmçinin bildirib ki, hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat elan edəcək.

Avstraliyanın xarici işlər naziri Penni Vonq bəyan edib ki, səfir Əhməd Sadeqi və üç iranlı rəsmi ölkəni yeddi gün ərzində tərk etməlidir.

Medianews.az

Bizə qoşulun