Medianews.az
İki təyyarə toqquşmaqdan
122 baxış

İki təyyarə toqquşmaqdan son anda xilas oldu

Karib dənizində yerləşən Kurasao adasından Nyu-Yorkdakı JFK hava limanına uçan “JetBlue” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada ciddi təhlükə ilə üzləşib.

Medianews.az xəbər verir ki, “JetBlue”nun 1112 saylı reysi ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi ilə toqquşmaq təhlükəsi yaşayıb.

Hava hərəkətinə nəzarət qeydlərinə görə, hərbi təyyarə sərnişin təyyarəsinin uçuş trayektoriyasını kəsib. Pilot toqquşmanın qarşısını almaq üçün təcili manevr edərək yüksəlişi dayandırıb. Pilot radion rabitəsində bildirib ki, hərbi təyyarənin transponderi söndürülüb və bu, mülki aviasiya üçün qəbuledilməz haldır. Transponderin bağlı olması təyyarənin mülki radar sistemlərində görünməməsi deməkdir.

Hadisədən sonra hərbi təyyarənin Venesuela hava məkanına doğru yönəldiyi qeyd olunub. Hava dispetçerləri də vəziyyəti “qəbuledilməz” kimi qiymətləndirib.

“JetBlue” şirkətinin sözçüsü Derek Dombrovski uçuş heyətinin hadisə barədə dərhal rəhbərliyə və federal qurumlara məlumat verdiyini, mümkün araşdırmaya tam dəstək veriləcəyini açıqlayıb.

Qeyd edək ki, insident ABŞ-nin Karib hövzəsində hərbi hava əməliyyatlarını artırdığı bir dövrdə baş verib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) da bundan əvvəl bölgədə artan hərbi aktivliklə bağlı mülki uçuşları xəbərdar etmişdi. Hadisə ilə bağlı ABŞ Hərbi Hava Qüvvələri hələlik rəsmi açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun