Medianews.az
Ermənistanda sorğu: Respondentlər sülhə inanırmı? Zəngəzur dəhlizinə nə deyirlər?
1,262 baxış

Ermənistanda sorğu: Respondentlər sülhə inanırmı? Zəngəzur dəhlizinə nə deyirlər?

“Gellap” (“Gallup”) beynəlxalq təşkilatının Ermənistan nümayəndəliyi 25-30 avqust tarixlərinə 1101 nəfər arasında sorğu keçirib.

Medianews.az-ın məlumatına görə, respondentlərin 55,1 faizi Vaşinqton razılaşmalarının bölgəyə davamlı sülh gətirəcəyinə inanmadığını söyləyib.

Sülh prosesinə nikbin yanaşan respondentlərin sayı isə 38,6 faiz olub.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

“Gellap”ın Ermənistan nümayəndəliyinin sentyabrın 5-də açıqladığı rəsmi hesabata əsasən, 25-30 avqust sorğusunda iştirak edən respondentlərin 42,1 faizi Vaşinqton bəyannaməsinə müsbət, 47,6 faizi mənfi münasibətdə olduğunu deyib.

Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması ideyasına sorğu iştirakçılarının 35,5 faizi müsbət rəy bildirib, 58,9 faizi əks fikirdə olub.

Medianews.az

Bizə qoşulun