Medianews.az
Enerji içkiləri və kofeini əvəz edən
246 baxış

Enerji içkiləri və kofeini əvəz edən TƏRƏVƏZ

“Xiyar enerji içkiləri və kofeini əvəz edə bilər”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq Bleyk Livinqud deyib.

Livinqud enerji içkilərinin ən qiymətli komponentlərinin elektrolitlər və B vitaminləri olduğuna diqqət çəkib. Diyetoloq bildirib ki, xiyarlarda da bu maddələr var.

Onun sözlərinə görə, B1, B2 və B3 vitaminləri enerjini bərpa edir və bədəndəki digər vacib prosesləri dəstəkləyir.

Bundan əlavə, mütəxəssisqeyd edib ki, xiyarın tərkibində az miqdarda maqnezium, fosfor, kalsium, bağırsaq üçün faydalı lif var. Günün sonuna doğru enerji itkisi hiss edirsinizsə, energetik içkilərdən və kofeindən uzaq durun. Sadəcə bir xiyar tutub yeyin.

Medianews.az

Bizə qoşulun