Medianews.az
“AzəriLayt” nə qədər bahalaşdı?
962 baxış

“AzəriLayt” nə qədər bahalaşdı?

Oktyabrın 24-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 66,75 dollara satılır.

Medianews.az bildirir ki, bu, ötən günlə müqayisədə 3,3 dollar yuxarı qiymətdir.

2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86 dollarla başlayıb.

Beynəlxalq razılaşmaya görə, Azərbaycanda xam neftin gündəlik hasilatı 551 min barreli ötə bilməz.

Yanvar-sentyabr aylarında kondensatla birlikdə neft hasilatı 20,7 milyon ton göstərilib, ölkədən 8,9 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun