Medianews.az
Azərbaycanda mümkün pensiya artımı
1,801 baxış

Azərbaycanda mümkün pensiya artımı

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-avqust aylarında Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artıb.

Medianews.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir.

Azərbaycanda kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Əmək pensiyasının minimum məbləği 320 manatdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun