Medianews.az
Statistikasını incələdikdə -<span style=color:red> Üzə çıxan maraqlı FAKT
201 baxış

Statistikasını incələdikdə - Üzə çıxan maraqlı FAKT

Bu ilin birinci yarısının yekunlarına görə, Azərbaycanın ən böyük neft yataqları bloku "Azəri-Çıraq-Günəşli"də gündəlik ortalama neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min barel azalaraq 327 min barel təşkil edib ("bp-Azerbaijan" şirkətinin açıqlaması). Düz 15 il əvvəl (AÇG-də hasilatın pik səviyyəsi 2010-cu ilin III rübündə qeydə alınıb - gündəlik 835,1 min barel) isə Azərbaycan bu blokdan gündəlik olaraq orta hesabla 827,1 min barel neft çıxarırdı. Yəni AÇG-də hasilatın zirvə nöqtəsindən indiyə qədər gündəlik hasilat 508,1 min barel və ya 60,8% azalıb. Amma bu azalmada ümidverici amillər də var. Məsələn, bp-nin statistikasını incələdikdə maraqlı bir faktı üzə çıxartdım. Belə ki, 2024-cü ilin yarısında AÇG-də neft hasilatı bundan əvvəlki ilin ilk yarısı ilə müqayisədə 6,72 mln barel azalmışdısa, artıq 2025-ci ilin yanvar-iyununda hasilatın azalması 1,9 mln barelədək səngiyib. Hasilatın azalma tempinin aşağı salınmasında isə ötən ilin aprelində istismara verilmiş ACE platformasında artıq gündəlik hasilatın 25 min barelə çatması öz rolunu oynayıb. Bəs gəlirlər ötən ilin 6 ayı ilə qədər nə qədər azalıb? Əgər nəzərə alsaq ki, ötən illə müqayisədə satdığımız neftin qiyməti də hər bareldə təqribən 9 dollar aşağı olub, onda AÇG-nin I yarımillikdə səhmdarlarına gətirdiyi ümumi qazanc təqribən $700 mln azalıb. Hasilatda və dünya bazarlarında qiymətin azalması özünü Azərbaycan dövlətinə çatan mənfəət neftinin dəyərində də (Dövlət Neft Fonduna AÇG-dən gələn gəlir) göstərib. Əgər 2024-cü ilin I yarısında bu göstərici $3 005,3 mln təşkil etmişdisə, cari ilin yanvar-iyununda $2 604,3 mln olub. İlham Şaban, iqtisadçı

Bizə qoşulun