Əkrəm Bəydəmirli
07.08.2025, 09:25
199 baxış
Azad
Dünyanı fəlakətə sürükləyən ölkənin taleyi dalana dirənib
Putin Rusiyasının dünyaya təhlükə saçdığını Tramp da artıq dərk edir. Rusiya Təklükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Trampa qarşı təhqiramiz çıxışında sonra ABŞ prezidenti ritorikanı dəyişib. Rusiyanı sərt sanksiyalarla hədələməsi, iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsi və nəhayət, dünən öz nümayəndəsi Stiven Uitkoffu Putinlə xəbərdarlıq görüşünə göndərməsi vəziyyətin xeyli gərginliyindən xəbər verir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu Kremldə Rusiya lideri Vladimir Putin çox isti qarşıladı. Təbii ki, bu yayın istisinin nəticəsi deyil. Putin anlayır ki, Rusiyanın taleyi dalana dirənib. Tətbiq olunacaq sanksiyalar Rusiyanı yalnız taqətdən salmayacaq, həm də bu ölkənin çöküşünə gətirib çıxarar. Böyük ehtimalla Stiven Uitkoff ABŞ prezidentinin son mesajını Putin Rusiyasına çatdırıb.
Vaxtılə Hitler Almaniyası dünyanı işğalla, qanla, ölümlə hədələdi. Sonda öz ölümünə fətva verdi. İndi oxşar mesajları, qırğınları, işğalları görürük. Əgər ABŞ prezidenti yenə əvvəlki davranışlarını nümayiş etdirib Putin Rusiyası ilə loyal davransa, onda Tramp da öz karyerasını daha dəhşətli şəkildə bitirəcək.
Amma, lakin bütün hallarda Rusiyanın yenidən güc mərkəzi olmaq şansı yoxdur. Cənubi Qafqazı, Orta Şərqi, Ukraynanı və digər məkanları rahat buraxmayan Rusiyanın gücünün tükəndiyini, əhalisinin vəziyyətinin ağırlaşdığını, hərbi infrastrukturunun tədricən çokdüyünü müşahidə etmək mümkündür. Nəhayət bütün bunlar çöküşün başlanğıcı da ola bilər. Görək Donald Tramp nə edəcək.
Əkrəm Bəydəmirli
Əkrəm Bəydəmirli