Politoloq Məhəmməd Əsədullazadə məsələni Medianews.az-a şərh edərkən deyib ki, ABŞ Prezidenti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa təşəbbüs göstərir: “Ötən həftə ABŞ-ın yüksək səviyyəli diplomatları Prezident Trampın tapşırığı ilə Bakıda olublar. Görünür, amerikalı rəsmilər Bakından sonra İrəvana da səfər ediblər. Bu xüsusi missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməkdir”.
M.Əsədullazadənin fikrincə, tərəflər Vaşinqton görüşündə sülh müqaviləsinin mətnini paraflaya bilərlər: “Yekun sülh sazişinin bağlanması isə Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə müşayiət oluna bilər. Vaşinqton görüşü nəticəsində Minsk qrupunun buraxılması barədə birgə bəyanat imzalanması real variantlardan biridir”.
M.Əsədullazadənin sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda fəallaşması həm də regionda öz geosiyasi mövqelərini gücləndirməyə yönəlib: “Bu baxımdan Ermənistanda keçirilən birgə hərbi təlimlər həm də Rusiyanın mümkün təxribatlarının qarşısını almağa hesablanıb”.
Nailə Qasımova,
Medianews.az
04.08.2025, 11:41
278 baxış
Azad
Vaşinqton görüşü Minsk qrupunun buraxılması ilə nəticələnə bilər
Avqustun 10-da ABŞ Prezidenti Donald Tramp Ağ evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Paylaş: