Medianews.az
Türkiyədə ardıcıl 4 zəlzələ oldu
156 baxış

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb. Milli.Az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Kütahya vilayətinin Simav rayonunda baş verib. Beş dəqiqəlik fasilələrlə qeydə alınan dörd orta güclü zəlzələ rayonda qısa müddətli təşvişə səbəb olub. Zəlzələlərin başvermə vaxtı və gücü aşağıdakı kimidir: 07:15 - 3,4 bal 07:16 - 3,8 bal 07:17 - 3,8 bal 07:20 - 3,0 bal İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində heç bir dağıntı və ya xəsarət qeydə alınmayıb.

Bizə qoşulun