Medianews.az
Antonio Valensiya başın gələnləri <span style=color:red>danışdı
163 baxış

Antonio Valensiya başın gələnləri danışdı

"Mançester Yunayted"in və Ekvadorun keçmiş kapitanı Antonio Valensiya vətənində bir insanı intihardan xilas etməyə kömək edib. Medianews.az xəbər verir ki, keçmiş oyunçu bu barədə instaqramda yazıb. Keçmiş futbolçu avtomobili ilə körpüdən keçdiyini və orada intihar etmək istəyən bir nəfər gördüyünü qeyd edib. "Maşından düşüb onun yanına getdim. Allaha şükürlər olsun ki, o, məni tanıdı və mən ona bir neçə ruhlandırıcı söz deməyə çalışdım", - Valensiya deyib. Ekvadorlu vəziyyəti çox ağır adlandırıb. "Allaha şükürlər olsun ki, ailəsi gəldi və o, fikrini dəyişdi", Valensiya deyib. Sabiq oyuncu  2009-2019-cu illərdə “Mançester Yunayted”də çıxış edib və komanda ilə birlikdə iki dəfə İngiltərə çempionu olub və Avropa Liqasının qalibi olub. Müdafiəçi və yarımmüdafiəçi kimi çıxış edən futbolçu karyerasını 2021-ci ildə başa vurub. Medianews.az

Bizə qoşulun