31.07.2025, 09:04
160 baxış
Lamiyə
İrandan ABŞ-yə ultimatum
“İranla danışıqları bərpa etmək üçün ABŞ ölkəyə vurduğu zərəri ödəməli və hücumun bir daha təkrarlanmamasını təmin etməlidir”.
Medianews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Financial Times-a müsahibəsində deyib.
"Onlar danışıqların ortasında niyə bizə hücum etdiklərini izah etməli və bunu bir daha etməyəcəklərinə zəmanət verməlidirlər. Və (İrana) dəymiş ziyanı ödəməlidirlər", - diplomat bildirib.
O , ABŞ-nin nüvə obyektlərinə zərbələr endirmək üçün qısa müddətə qoşulduğu İsraillə 12 günlük münaqişədən sonra İranın artıq “adi iş”lə barışmayacağını söyləyib.
Medianews.az